Modern.az

“Azərsu” cəbhə bölgəsində içməli su problemini həll etdi - FOTOLAR

“Azərsu” cəbhə bölgəsində içməli su problemini həll etdi - FOTOLAR

Təhsil

4 İyun 2015, 17:02

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su çatışmazlığının müşahidə olunduğu ucqar kənd və qəsəbələrdə  su təchizatının  yaxşılaşdırılması məqsədi ilə layihələrin icrasını davam etdirir. Bu sahədə həyata keçirilən tədbirlər sırasında sərhədyanı və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su probleminin həll edilməsi mühüm əhəmiyyət kəsb edir. 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində  cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Yağlıvənd kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC-nin həyata keçirdiyi layihənin icrası uğurla başa  çatdırılıb. 

İyun ayının 4-də Yağlıvənd  kəndinə içməli suyun verilməsi  ilə bağlı açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Füzuli  rayon icra hakimiyyətinin başçısı Alı Alıyev kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edərək bildirib ki,  Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda da genişmiqyaslı işlər həyata keçirilir:
“Rayonun işğaldan azad olunmuş kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni artezian quyuları qazılır, bulaq və kəhrizlər sakinlərin istifadəsinə verilir. Rayonun yaşayış məntəqələri keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində işlər davam etdirilir”.
 

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun birinci  müavini Vəli Həsənov regionlarının sosial-iqtisadi inkişafı dövlət Proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə sərhədyanı kəndlərdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib:
“Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində əhalinin sosial-iqtisadi problemlərinin həlli ölkə rəhbərliyinin diqqətindədir. Cənab Prezident İlham Əliyev cəbhə bölgəsində və sərhədyanı kəndlərdə su təchizatı infrastrukturlarının yaradılması ilə bağlı ciddi tapşırıqlar vermişdir. Füzuli rayonunun Yağlıvənd kəndinin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi və yay aylarında su çatışmazlığı özünü daha kəskin göstərirdi.  Bunları nəzərə alaraq  
Yağlıvənd kəndində yeni layihənin icrasına  başlanıldı və qısa müddətdə işlər başa çatdırıldı”.

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Yağlıvənd kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına 2014-cü ilin payızında başlanmışdır.  Layihə çərçivəsində 1 ədəd subartezian quyusu qazılmış, 150 mm diametrli polietilen borularla 1,5 km magistral su xətti çəkilib.  Kənd daxilində 17  yerdə bulaqlar quraşdırılmışdır. Layihənin icrasının başa çatması nəticəsində 1650 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.












Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular