Modern.az

Fuad Muradov seçicilərini qəbul edib - FOTOLAR

Fuad Muradov seçicilərini qəbul edib - FOTOLAR

Təhsil

4 İyun 2015, 13:53

Bu gün Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib. Əvvəlcədən müraciət etmiş  seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələlərlə tanış olub.

Müraciətlər arasında sosial, hüquqi məsələlərlə yanaşı, bir sıra məişət, kommunal problemləri də yer almışdı. Millət vəkilinə müraciət edən seçiciləri əsasən iş, mənzil qeyiyyatı, o cümlədən bir sıra hüquqi  məsələlər narahat edirdi.

Seçiciləri dinlənildikdən sonra millət vəkili Fuad Muradov müvafiq orqanlara ünvanlanması üçün ərizələri qəbul edib. Seçicilərinin bir sıra məsələlərinin yerində həll edilməsi ilə bağlı yerində müəyyən tədbirlər görülüb. 






Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular