Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası qəbulla bağlı ictimaiyətdə birmənalı qarşılanmayan statistika açıqlayıb. Məlumata görə, bu günə qədər 11 mindən çox abituriyent ali məktəblərə sənəd verib, onların 10 mindən bir qədər artığı 0-200 arası bal toplayıb.
Deputat Fərəc Quliyev düşünür ki, bu statistika təhsil sahəsində ciddi islahatların başlaması üçün əsasdır:
"Eyni zamanda bu onu göstərir ki, məktəblərdə nəzəri baxımdan müəyyən problemlər var. Hesab edirəm ki, təhsilin səviyyəsini qaldırmaq lazımdır. Xüsusən "repetitor"lar təhsilimizə iki qat zərbədir. Ailələrin büdcələrinə pis təsir edən bu amil, eyni zamanda təhsilin inkişafına ciddi maneələr yaradır. Ölkədə təhsilin səviyəsini o həddə gətirmək lazımdır ki, şagirdlərin əlavə hazırlıq müəllimlərinə ehtiyacı olmasın. Bu göstərici islahalatları sürətləndirməyi tələb edir. Dərsliklər sahəsində də ciddi problemlər mövcuddur. Bununla bağlı mətbuatda da kifayət qədər arqumentlərə əsaslanan fikirlər səsləndirilib. Hesab edirəm ki, dərsliklərin vəziyəti ilə bağlı ciddi tədbirlər görülməldir".