Modern.az

Nigar Köçərli “Əli və Nino”nu boykot edənlərə CAVAB verdi

Nigar Köçərli “Əli və Nino”nu boykot edənlərə CAVAB verdi

Təhsil

4 İyun 2015, 14:30

“Bu, bizim üçün ən yaxşı reklamdır”


“Bu məsələ barəsində jurnalistlərdən eşitmişəm. Mən nə boykot edənlərə, nə  də başqalarına demişəm ki, gəlib “Əli və Nino”dan kitab alsınlar. Odur ki, boykot etmələrinə də normal yanaşıram. Onsuz da gəlib kitab almırdılar”.

Bunu Modern.az saytına açıqlamasında “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib. Bir müddət əvvəl gənc yazarlardan birinin yeni kitabının satışından imtina etdikləri üçün “Əli və Nino”ya qarşı ədəbi cameədə kampaniya başladılıb. Həmin kampaniyanın nəticəsi olaraq bir qrup yazar mağazalar şəbəkəsini boykot edib. Amma Nigar Köçərli deyilənlərin əksinə olaraq bu hadisənin belə “Əli və Nino” üçün uğurlu olduğunu vurğulayır: “Hər hansı bir kitab mağazasına və müəssisəsinə insanların  bu cür yanaşması yaxşı hal deyil. Ancaq bir məsələ də var. Belə ki, “Əli və Nino” reklam üçün heç bir maddi vəsait ayıra bilmir. Reklam büdcəmiz sıfırdır. Biz nə qazanırıq ki, reklama pul da xərcləyək? Odur ki, onların geniş kampaniyasını bizim şəbəkəmiz üçün çox sərfəli hesab edirəm. Bunu sərfəli reklam kampaniyası kimi qəbul edirəm və buna çox sevinirəm. Satışlara yaxşı mənada təsir edəcək. Çox sağ olsunlar”.  

Nigar Köçərli bu məsələnin oxucular tərəfindən həll olunduğunu da qeyd edib: “Əgər hər hansı  bir kitabı oxucu qəbul edib onu sevəcəksə, biz bir mağaza olaraq ondan niyə imtina edək?!”

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular