Modern.az

Eks-prezidentə bəraət verilmədi, yeni məhkəmə olacaq

Eks-prezidentə bəraət verilmədi, yeni məhkəmə olacaq

4 İyun 2015, 17:33



Misirin Ali Məhkəməsi sabiq prezident Hüsnü Mübarək haqqında verilən bəraət qərarını ləğv edib. O, eyni iddia ilə üçüncü dəfə mühakimə olunacaq.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Misirdə 2011-ci il hadisələrində həyatını itirən yüzlərlə adamın ölümündə günahkar bilinən Mübarək 2014-cü ildə ömürlük həbs cəzasına məhkum edilib. 2014-cü ildə iddia üzrə yenidən şikayət verilib və Mübarək bəraət alıb. Prokurorun etirazından sonra Misirdə şikayət üçün səlahiyyətli olan Ali Məhkəmə iddiaya təkrar baxılmasına qərar verib. 2011-ci ilin aprel ayından etibarən Qahirədə bir hərbi xəstəxanada müalicəsi davam edən 86 yaşındakı sabiq prezidenti eyni ittihamlarla üçüncü dəfə mühakimə olunacaq. Məhkəmənin ilk prosesi noyabrın 5-nə müəyyənləşdirilib. Yeganə OQTAYQIZI  
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular