Modern.az

“Milan” İndzaqini istefaya göndərdi

“Milan” İndzaqini istefaya göndərdi

4 İyun 2015, 19:25



“Milan” futbol klubunun rəhbərliyi baş məşqçi Filippo İndzaqini istefaya yollayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, komandanın baş məşqçisi yerinə əsas namizəd son 2 ildə “Sampdoriya” klubunu çalışdıran 46 yaşlı Sinişa Mixayloviçdir. Buna qədər isə “Real”dan istefaya göndərilən Karlo Ançelotti “Milan”a baş məşqçi gəlməkdən imtina edib.   “Milan” İtaliyada başa çatan çempionatda 10-cu yeri tutub.    


Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular