Modern.az

Obamadan Rusiyaya yeni sanksiya XƏBƏRDARLIĞI

Obamadan Rusiyaya yeni sanksiya XƏBƏRDARLIĞI

Təhsil

4 İyun 2015, 23:10


ABŞ prezidenti Barak Obama G7 sammiti çərçivəsində Avropa Birliyinin liderləri ilə Rusiyaya qarşı sanksiyaları genişləndirilməsini razılaşdırmaq niyyətindədir.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa məsələlər üzrə baş direktoru Çarlz Kupçan açıqlama verib.  

O bildirib ki, Ağ Ev rəhbəri Barak Obama G7 iclasının yekununda Avropa Birliyi liderləri ilə Rusiyaya qarşı sanksiyalar paketinin genişləndirilməsini müzakirə edəcək.  

Çarlz Kupçan həmçinin qeyd edib ki, Rusiya Minsk razılaşmarının şərtlərini pozaraq Ukraynadakı separatçıları dəstəkləməkdə davam edir.  

Qeyd edək ki,  G7-nin sammiti Brüsseldə keçirilir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular