Modern.az

Əli Həsənov baş redaktorlarla görüş keçirir

Əli Həsənov baş redaktorlarla görüş keçirir

Təhsil

5 İyun 2015, 11:49

Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün baş redaktorlarla görüş keçirir. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, görüşdə 50-dən artıq qəzet redaktoru və sayt rəhbərləri iştirak edirlər. Tədbirdə həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV Fondunun rəhbəri Vüqar Səfərli də iştirak edir. 

Əli Həsənov tədbirdə çıxış edərək, ölkədə keçiriləcək ilk Avropa Oyunlarına dəstək verdiyinə görə mətbuata təşəkkürünü bildirib.
“Avropa Oyunları Azərbaycan tarixinin önəmli səhifəsidir. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycan tarixinə yazılacaq hadisədir. Kimin necə münasibət bildirməsindən asılı olmayaraq, bu oyunlar tarixə mühüm bir hadisə kimi yazalacaq. Biz necə ki, BMT Təhlükəsizlik Şurasına üzv seçildik, eyni ilə də ilk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlaması mühüm bir hadisədir”. 

Ə.Həsənov qeyd edib ki, mətbuatın 140 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı dövlət başçısı sərənam imzalayıb və bu tədbirdə həmin sərəncamdan irəli gələn məsələlər müzakirə ediləcək: “Prezidentin həmin sərəncamı milli mətbuata, milli jurnalistikaya verdiyi dəyərdir. Bu sərəncamdan irəli gələn məsələləri istəyirik sizinlə birlikdə müzakirə edək. Birgə tədbirlər planını hazırlayaq. Bundan sonra müzakirə olunan məsələlər, təklifləri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim edəcəyik. Birbaşa onun nəzarəti ilə milli mətbuatın 140 illiyi ilə bağlı sərənama müvafiq olaraq həmin tədbirlər planı təsdiq olunacaq”.

MŞ sədri Əflatun Amaşov isə bildirib ki, dövlət başçısının mətbuatın yubileyi ilə bağlı sonunu sərəncamı əhatəliliyinə görə fərqlənir: “Fundamental təsir bağışlayır. Bu sərəncamın qəbul olunmasında mətbuatın keçdiyi 140 ilə baxış düzənlənir və keçmiş və gələcəyin vəhdəti birlikdə verilir”.
Ə.Amaşov yubileylə bağlı jurnalistlərin mükafatlandırılmasından danışaraq bildirib ki, artıq redaksiyalardan təkliflər və siyahılar gəlir: “Belə getsə, bayrama qədər mükafat almaq istəyənlərin sayı minə çatacaq”. 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular