Modern.az

Selfi İŞİD-in bazasını məhv etməyə kömək etdi

Selfi İŞİD-in bazasını məhv etməyə kömək etdi

5 İyun 2015, 11:57


ABŞ hərbi hava qüvvələri İraq Şam İslam Dövləti (İŞİD) üzvlərindən birinin sosial şəbəkədə yerləşdirdiyi şəkil vasitəsilə terror qruplaşmasının hərbi bazasını darmadağın edib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, amerikalı general Qerbert Karlayd deyib ki, yaraqlılardan birinin mənzil-qərargahın fonundakı selfisi monitorinq zamanı cihadçı bloqlardan birində tapılıb:

“Uşaqlar sosial şəbəkələrdə axtarış aparanda görüblər ki, yaraqlı qruplaşmasının idiotlarından biri ilə rastlaşıblar. O, açıq formada mənzil-qərargahın qarşısında dayanıbmış”.

Bundan sonra hərbçilərə bu bazanın yerini müəyyənləşdirib məhv etməyə bir sutka lazım olub.    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular