Modern.az

Sabahın hava PROQNOZU: isti və leysan

Sabahın hava PROQNOZU: isti və leysan

Təhsil

5 İyun 2015, 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Günün ikinci yarısında yarımadanın bəzi yerlərində küləyin sürəti saniyədə 25-30 metrədək güclənəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 26-31 dərəcə isti olacaq.

İyunun 6-da Azərbaycanın rayonlarında axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-26 dərəcə isti olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular