Modern.az

YAP Nəsimi rayon təşkilatı Qurtuluş günü ilə bağlı gəncləri bir araya gətirdi

YAP Nəsimi rayon təşkilatı Qurtuluş günü ilə bağlı gəncləri bir araya gətirdi

Təhsil

5 İyun 2015, 13:43

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı tərəfindən 15 iyun Milli Qurtuluş gününün 22-ci ildönümü münasibəti ilə “Gəncliyin Yolu Qurtuluş Yoludur!” adlı tədbir keçirilib.
İctimai-siyasi sahədə fəallıqları ilə seçilən gənclərin iştirakı ilə keçirilən tədbirdə YAP Qadınlar Şurasının sədr müavinləri, Milli Məclisin üzvləri də iştirak ediblər.

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı gənclərə Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən danışıb:
“Ümummilli lider Heydər Əliyev xalqının fəlakətlə üzləşdiyi bir zamanda milləti üçün  xilaskarlıq missiyası icra etdi”,-deyə bildirən M.İbrahimqızı eləcə də 1993-cü ilin iyun hadisələri haqqında genış məlumat verib.

Tədbirdə çıxış edən millət vəkilləri Sevinc Fətəliyeva və Sevinc Hüseynova Milli Qurtuluş gününün tarixindən bəhs edərək, gənclərin hər zaman müstəqilliyin sarsılmazlığının qarantı olmuş, çağdaş Azərbaycanın qurucusu Heydər Əliyevin qoyduğu siyasətə və bu gun onun siysətini davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yoluna sadiq qalmalarını tövsiyə ediblər.

Tədbirdə çıxış edən YAP  Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri Elnur Rəhimov bugünkü  gəncliyin yolunun və hər bir gəncin yolunun Qurtuluş Yolu olmasın qürurla vurğulayıb.

Tədbirin  sonunda təhsildəki nailiyyətləri və ictimai fəallığı ilə seçilən bir neçə gəncə partiyanın üzvlük vəsiqələri də verilib.









Modern.az
 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular