Modern.az

“Azərbaycanda xüsusi xidmət avtomobillərində işıq və siqnalla bağlı standart yoxdur” - Ekspert

“Azərbaycanda xüsusi xidmət avtomobillərində işıq və siqnalla bağlı standart yoxdur” - Ekspert

5 İyun 2015, 13:51

Polisi maşınlarında sayrışan işıqlar avtomobilin üstündə yanıb keçməlidir. Azərbaycanda çox vaxt bunun əksini müşahidə etmək olur. Sayrışan işıqlar, az qala avtomobilin hər yerində yanıb sönür. Qanunvericiliklə bu necə tənzimlənir? Dünya praktikasında necədir?
Modern.az saytı məsələyə ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynovun fikirlərini öyrənib.

O,  qanunvericiliklə bağlı iki məqamı nəzərə çatdırıb: “Dünyanın bütün dövlətlərində operativ nəqliyyat vasitələrinin həm rəng tərtibatı, həm də texniki vasitələrlə təchizatı ilə bağlı konkret qanun var. Orada rəngin necəliyi, üstündə hansı təsvirin olması və harasında yerləşməsi qeyd edilir. Hətta belə qanunlarda siqnalın səsinin hansı gücdə və avtomobilin harasında yerləşdirilməsi də öz əksini tapır.

Bizdə hüquqdan kənar davranış adi haldır. Hətta müşahidə etmişəm, adi patrul avtomobillərdə sayrışan işıq var. Bunların hamısı qanunsuzdur. Bu qanun pozuntusu üçün 150 manat cərimə nəzərdə tutulub. İstinasız olaraq, qanunu pozanlara bu, tətbiq olunmalıdır.

Avtomobili istehsal edən zavoda deyirlər ki, mənim dövlət standartım budur və bu standartlara cavab verən 200 avtomobil istehsal et. Onlar da bu standartlara uyğun avtomobili hazırlayırlar.

Avtomobilin ön hissəsində sayrışan işıqların qoyulması əksər dövlətlərdə yoxdur. Sayrışan işıqların polis avtomobilinin üstündə olması kifayətdir. Bu sahədə bizdə standart, ümumiyyətlə, yoxdur”.

Ərşad Hüseynovun sözlərinə görə, xüsusi təyinatlı avtomobil vasitələrində siqnallarla bağlı Avropa iqtisadi komissiyasının təsdiq etdiyi beynəlxalq standartlar var: “Orada nəzərdə tutulub ki, xüsusi təyinatlı avtomobil vasitələrində səs dəyişən və güclü siqnallar ola bilər. Bunlar beynəlxalq standartlardır, amma hər ölkə özü bu standartı müəyyən edir.

Operativ nəqliyyat vasitələrinin 6-7 növü var: polis, yanğınsöndürən, təcili yardım, inkassasiya, post xidməti, xüsusi mühafizə xidmət avtomobilləri. Penitenisiar Xidmət, Nəqliyyat, Vergilər nazirliklərinin və Dövlət Gömrük Komitəsinin maşınlarında istifadə olunan xüsusi siqnallar isə qanunsuzdur. Bu, qanunvericilikdə yoxdur”.

Yeganə OQTAYQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!