ABŞ-ın federal agentliklərinin 4 milyondan çox keçmiş və indiki məmurunun şəxsi məlumatları hakerlərin əlinə keçib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, kiberhücumda Çindən olan mütəxəssislərin əlinin olmasından şübhələniblər.
ABŞ Prezident Administrasiyası hakerlərin fəaliyyəti nəticəsində dəyən zərəri hesablamağa başlayıblar. Eyni zamanda, zərərçəkənlərə özlərinin bank hesablarına və kreditlərinə ciddi nəzarət etmələri təklif olunur.
İnsidentlə bağlı Daxili Təhlükəsizlik Nazirliyinin və Federal Təhqiqat Bürosunun əməkdaşları artıq araşdırmalara başlayıb.
Modern.az