Modern.az

İsa Qəmbər Müsavatdakı mühacir qalmaqalından YAZDI: “Kim??? Kimlər???”

İsa Qəmbər Müsavatdakı mühacir qalmaqalından YAZDI: “Kim??? Kimlər???”

5 İyun 2015, 14:05

Milli Strateji Düçüncə Mərkəzinin sədri İsa Qəmbər Müsavat Partiyasının adı ətrafında yaranmış qalmaqalla bağlı açıqlama verib.

Modern.az saytının məlumatına görə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bununla bağlı fecebook səhifəsində status yazıb.

O, Müsavat Partiyasını siyasi mühacir statusu almaq istəyənlərə pul müqabilində arayış verməkdə ittiham edən şəxsin - Elnur Mirzəyevin açıqlamasına mövqeyini belə açıqlayıb:

"Yazıda ən çox diqqətimi çəkən Elnur Mirzəyevin bu sözləri oldu: "Və məni partiyaya apardılar, orda qapıda gözlədim. Sonra da mənə bildirildi ki, məsələ bir-iki günə həll olunacaq. Dedikləri kimi də oldu. İki gündən sonra mənə zəng gəldi ki, hazırdı. Və mənə bilet, Müsavatın nizamnaməsi, himni və strukturları haqda bir qovluq verdilər".
...apardılar, ...bildirildi, ...zəng gəldi, ...qovluq verdilər.... Kim??? Kimlər??? Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar".  

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular