Modern.az

Aktrisa səhnədə həmkarını bıçaqladı

Aktrisa səhnədə həmkarını bıçaqladı

5 İyun 2015, 15:26



Amerikalı aktyor Ken Beyder tamaşa zamanı izləyicilərin gözü qarşısında bıçaqlanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyoru öz həmkarı yaralayıb. Süjetə görə o, əlində çörək kəsmək üçün nəzərdə tutulan bıçaqla Beyderin yanından keçməli idi. Lakin qəfildən tamaşa məşqlərində nəzərdə tutulmamış hərəkət etdiyi üçün həmkarının qarın nahiyəsinə bıçaq saplayıb. 10 santimetr ölçüdə yara alan 57 yaşlı Beyder buna rəğmən öz çıxışını sona çatdıra bilib.
Tamaşanın antraktında isə ona tibbi yardım göstərilib. Ken Beyder həmkarını müdafiə edərək, hadisənin təsadüf nəticəsində baş verdiyini düşündüyünü deyib. Hadisə Arizona ştatının Tuson şəhərində baş verib.  

Modern.az 
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular