Modern.az

Birinci sinfə sənəd qəbulunun vaxtı uzadılıb

Birinci sinfə sənəd qəbulunun vaxtı uzadılıb

5 İyun 2015, 15:50


Övladlarını bu il I sinifə aparacaq valideynlər üçün yeni xəbər var.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərdən (digər qanuni nümayəndələr) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb.

Məlumatda bildirilib ki, iyunun 15-dən etibarən I sinfə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə  (və qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılan işçi qruplarına təqdim edə biləcəklər.

Aytən ƏLİYEVA 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular