Roma metrosunda iki qatarın toqquşması nəticəsində ən azı 10 nəfər xəsarət alıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İtaliya paytaxtının meri deyib ki, insident Romanın cənub-qərbindəki stansiyada qeydə alınıb.
İlkin məlumata görə, qəzaya səbəb qatarlardan birinin maşinistinin səhvi olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Qəza baş verən ərazidə hərəkət dayandırılıb.
Modern.az