“Qatarların fəaliyyətində hər hansı ciddi problem yoxdur. İnşallah iyunun 8-dən etibarən qatarlar daimi istifadə üçün xəttə buraxılacaq. Lakin həmin günə qədər qatarlar hər gün sınaqdan keçiriləcək”.
Xatırladaq ki, Bakı Metropoliteni qatar parkının yenilənməsi məqsədilə Fransanın “Alstom” şirkət ilə memorandum imzalayıb.
Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub.
Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb.
Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Bundan başqa, qatarlar kondisioner sistemləri ilə də təchiz olunub. müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
Aytən ƏLİYEVA