Modern.az

Azərbaycanlı milyarderin şirkəti Moskvada əsas yolu tikməyə iddialıdır

Azərbaycanlı milyarderin şirkəti  Moskvada əsas yolu tikməyə iddialıdır

5 İyun 2015, 18:52


Azərbaycan əsilli iş adamı Araz Ağalarovun “Crocus Group” şirkəti Moksvanın əsas nəqliyyat arteriyalarından biri olacaq Moskva Mərkəzi Dairəvi avtomobil yolununu tikintisi üçün podratçı olmağa iddialıdır.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Crocus Group”la yanaşı, prezident Vladimir Putinin yaxın dostlarından sayılan Qennadi Timçenkonun “ARKS” şirkəti də dairəvi yolun tikinti podratçısı olmağa iddialıdır.

“Bəli, “Corcus Group”dan başqa, ARKS şirkəti də layihəyə maraq göstərir. Hər iki şirkətin layihəyə yanaşmasında müsbət və mənfi cəhətlər var. Hazırda onların layihədə iştirak parametrləri ölçülür”, - layihənin icrasına nəzarət edən “Avtodor” dövlət şirkətinin direktorlar şurasının sədri Sergey Kelbax məlumat verib.

Kelbax “Moskva Mərkəzi Dairəvi Yolu”nun icraçısının iyunun sonuna qədər məlum olacağını deyib. Bundan əvvəl, Araz Ağalarov “Crocus Group” şirkətinin layihəyə maraq göstərmədiyini söyləmişdi.  

Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular