Modern.az

12 yaşlı məktəbli uşaq doğdu

12 yaşlı məktəbli uşaq doğdu

5 İyun 2015, 22:16

Slovakiyanın Trençine şəhərində 12 yaşlı məktəbli qız uşağı dünyaya gəlib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yeni doğulan körpə və anası özlərini yaxşı hiss edirlər. Slovakiya KİV-nin yazdığına görə, ana olan qız 6-cı sinifdə oxuyur. Yerli telekanalda isə bildirilib ki, məktəbli hamiləliliyini uşağın atasının təkidi ilə gizlədib, adı açıqlanmayan 20 yaşlı ata qızı məhv edəcəyi ilə qorxudub. Onun başqa şəhərdə yaşadığı, qızla internetdə tanış olduğu bildirilir.

Slovakiyanın Bratislava şəhərində isə 13 yaşlı məktəbli qız bir ay sonra ana olmağa hazırlaşır. Onun uşağının atası 23 yaşlı əcnəbidir, onlar da internetdə tanış olublar.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular