Modern.az

Diplomat Arif Məmmədov Norveçə sığınır

Diplomat Arif Məmmədov Norveçə sığınır

6 İyun 2015, 12:54

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovla bağlı yeni mlumat yayılıb.

Modern.az saytı "Qafqazinfo"ya istinadən xəbər verir ki, Arif Məmmədov Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilə müraciət edib.

Steynar Gil özü bu barədə məlumat yayıb. O bildirib ki, müraciəti yayımlamağı Arif Məmmədov ondan xahiş edib.

A.Məmmədovun bu ilin iyunun 29-dan iyulun 10-a kimi Norveçdə olacağını və həmin müddət keçmiş səfirlə görüşmək istədiyini bildirib: “Avropa mediasının məni dəstəkləməsi lazımdır. Mənim Azərbaycandakı həqiqi dostlarımın köməyinə ehtiyacım var. Bu ümumi həyəcan siqnalıdır”.

Qeyd edək ki, Arif Məmmədov mayın 19-da Binəqədidə yanan bina ilə bağlı məmurlar haqda yazdığı sərt statusla gündəmə gəlmişdi.
Xatırladaq ki, Steynar Gil isə səfir olduğu müddətdə hakimiyyətə qarşı mövqeyi ilə seçilib.

Əlavə edək ki, sözügedən məlumatla bağlı həm Xarici İşlər Nazirliyi, həm də Arif Məmmədovla əlaqə saxlamağa çalışsaq da, cavab əldə edə bilmədik.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular