Modern.az

Cəzaçəkmə müəssisələrində də buraxılış imtahanı keçirilib

Cəzaçəkmə müəssisələrində də buraxılış imtahanı keçirilib

6 İyun 2015, 13:33


Azərbaycandakı cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirilib. Modern.az saytı xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki 1, 2, 7, 10, 11 saylı cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən 2014-2015 tədris ilinin yekunları ilə bağlı buraxılış imtahanları keçirilib. Həmin müəssisələrdə fəaliyyət göstərən Təhsil Nazirliyinin 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərinin 9 və 12-ci sinif şagirdləri müvafiq şəhadətnamə və attestatlara layiq görülmələri məqsədi ilə əldə etdikləri bilikləri nümayiş etdiriblər. 

Gülşən RAUFQIZI  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular