Modern.az

“Diplomatla bağlı məsələ şişirdilməməlidir” - Deputat

“Diplomatla bağlı məsələ şişirdilməməlidir” - Deputat

6 İyun 2015, 13:50

“Düşünürəm ki, bu cür məsələlər şişirdilməməlidir”. Bunu Modern.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov diplomat Arif Məmmədov ətrafında yaranan qalmaqal barədə danışarkən deyib.

Deputatın fikrincə, bu, Azərbaycanın diplomatik imicinə xələl gətirir: “Ehtiyac yarananda Xarici İşlər Nazirliyi inzibati qaydada tədbirlər həyata keçirir”.

Musabəyov onu da qeyd edib ki, diplomatlar bu cür məsələlərdə ehtiyatlı olmalıdır: “Ancaq məsələni bu cür şişirtməyi də mediaya üçün məqbul hesab etmirəm. Düzdür, sadə adam, deputat xalq adından istədiyini danışa bilər, amma diplomat daha dəqiq və ehtiyatlı olmalıdır. Halbuki, məsələni mediada bu cür şişirtməyə də ehtiyac yoxdur”.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun sosial şəbəkədə Bakıda yanmış bina ilə bağlı məmurları tənqid edən statusu qalmaqal doğurub.
Bu gün yayılan məlumatlara görə, diplomat Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilə müraciət edərək həm Avropa mediasından, həm də Azərbaycandakı dostlarından kömək istədiyini bildirib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama