Modern.az

“Qarant Sığorta” Faiq Ağayevin avtomobilinə dəyən zərəri ödəyəcək

“Qarant Sığorta” Faiq Ağayevin avtomobilinə dəyən zərəri ödəyəcək

Qarabağ

1 Oktyabr 2010, 12:45

“Qarant Sığorta” Şirkəti sentyabrın 27-də  baş vermiş insident zamanı yaralanmış xalq artisti Faiq Ağayevin  şəxsi avtomobilinə dəymiş ziyanı ödəyəcək.

Xalq artisti 11 dekabr 2009-cu il tarixində “10 FA 222” dövlət nişanlı Audi Q7 markalı avtomobilini “Qarant Sığorta” Şirkətində kompleks sığortalayıb. 

Modern.az-ın məlumatın hazırda Faiq Ağayevin avtomobili polis nəzarətində olduğu üçün hadisə zamanı dəyən zərərin həcmini müəyyənləşdirmək mümkün olmayıb. İstintaq başa çatdıqdan sonra “Qarant Sığorta” Şirkəti sığortalanmış avtomobilə dəymiş bütün ziyanı tam ödəyəcəyini bəyan edib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama