Modern.az

Bakıda Avropa Oyunlarının məşəlini İlham Əliyev qəbul etdi - FOTOLAR

Bakıda Avropa Oyunlarının məşəlini İlham Əliyev qəbul etdi - FOTOLAR

7 İyun 2015, 22:15

Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015”in başlamasına sayılı günlər qalır. Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb.

Modern.az xəbət verir ki, Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.

Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobillə “Sadko” limanına gəliblər.

Burada şəhər ictimaiyyətinin nümayəndələri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlət başçısını hərarətlə qarşılayıblar.

Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan alıb.

Azərbaycan Prezidenti İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib.

Dənizkənarı Milli Parka toplaşanlar məşəllə irəliləyən dövlət başçısını “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışlayıblar.

Azərbaycan Prezidenti birinci Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib.

Bununla da birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti başlayıb.

 











Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu