Modern.az

Türkiyədə seçkinin NƏTİCƏSİ: PKK-nın siyasi qanadı 10%-lik baraji aşdı

Türkiyədə seçkinin NƏTİCƏSİ: PKK-nın siyasi qanadı 10%-lik baraji aşdı

Ölkə

7 İyun 2015, 22:16

 

Bu gün Türkiyədə Böyük Millət Məclisinə növbəti seçkilər keçirilib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, səsvermədə 53 milyon 741 mindən çox seçici iştirak edib. Səsvermə Türkiyə vaxtı ilə saat 8.00-da başlayıb 17.00-da yekunlaşıb.

Budəfəki parlament seçkilərində 20 siyasi partiya mübarizə aparırır. Amma əsas mübarizə 4 siyasi qurum arasında gedir: hakim Ədalət və İnkişaf Partiyası (AKP-sədr R.T.Ərdoğan), Cümhuriyyət Xalq Partiyası (CHP-sədr Kamal Kılıçdaroğlu), Milliyətçi Hərəkat Partiyası (MHP-sədr Dövlət Baxçalı), Xalqların Demokratik Partiyası (HDP-sədr Səlahəddin Dəmirtaş).

Seçkilərdə iştirak edən digər 16 partiya aşağıdakılardır:

Anadolu Partiyası,
Müstəqil Türkiyə Partiyası,
Demokrat Partiyası,
Demokratik Sol Partiya ,
Xalqın Qurtuluş Partiyası,
Kommunist Partiyası,
Millət Partiyası,
Səadət Partiyası,
Vətən Partiyası,
Haqq və Özgürlüklər Partiyası,
Mərkəz Partiyası,
Liberal Demokrat Partiya,
Doğru Yol Partiyası,
Yurd Partiyası,
Toplumsal Uzlaşma, Reform və İnkişaf Partiyası,
Haqq və Ədalət Partiyası. 

Seçkilərə heç bur partitadan olmayan 165 müstəqil namizəd də qatılıb. Türkiyə qanunvericiliyinə görə, səsvermə yekununda ümumi səslərin 10%-lik həddini aşa bilən partiyalar Böyük Millət Məclisində təmsil olunmaq şansı qazanır.

Əgər budəfəki seçki də iqtidarın əsas rqəiblərindən biri HDP barajı (10%-lik hədd) keçib parlamentə düşə bilsə, onda iqtidarda olan AKP təkbaşına hökumət qura bilməyəcək və nəticədə Türkiyədə kolisiyalı hökumət formalaşdırılacaq.

Saat 21.00-dan sonra ilkin nəticələr açıqlanıb. Bu saata qədər səslərin 80 faizdən çoxu sayılıb.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) indiki nəticələrə görə öndədir. Ancaq indiki mənzərəyə görə, AKP təkbaşına iqtidar ola bilməsi üçün gərəkli olan 276 deputat yerindən 271-ni əldə etməlidir.

 PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyası (HDP) isə indiki nəticələrə görə 10 faizlik barajı keçməklə dördüncü yerdə qərarlaşıb. Ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) ikinci, Milliyyətçi Hərəkat Partiyası isə üçüncü yerdədir.

Türkiyəli televiziyalarında çıxış edən siyasi ekspertlər hazırda gündəmdə koalisiya hökumətinin qurulub-qurulmayacağını  müzakirə edirlər.

Bununla yanaşı, bildirilir ki, seçkinin nəticələri CHP üçün heç də ürəkaçan deyil və bu, ana müxalifətin nüfuzunun getdikcə aşağı düşməsinin göstəricisidir.

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi