“Naxçıvan Avtomobil Zavodu “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi dəstəkçisi sazişinin şərtlərinə yüksək səviyyədə əməl edir. Bunun üçün lazım olan bütün işlər görülüb”.
Modern.az-ın məlumatına görə, bu barədə açıqlamanı müəssisənin direktoru Musa Abdullayev verib. Onun sözlərinə görə rəsmi tərəfdaşlıq çərçivəsində artıq Bakıya 280 ədəd “NAZ Lifan” markalı avtomobil gətirilib.
"Müəssisəmizdə yığılan 80 ədəd “NAZ Lifan X60” krossoveri və 200 ədəd “NAZ Lifan 720” markalı avtomobil istifadə üçün “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinə təhvil verilib. Öz komfortu və rahatlığı ilə seçilən avtomobillərimizdən hər bir istifadəçinin razı qalacağına ümidvarıq. İdman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələri ilə təminat məqsədi ilə fasiləsiz serviz xidmətini də təşkil etmişik. Belə ki, günün istənilən vaxtında hər hansı bir problemlə qarşılaşacaq sürücü bizim qaynar xəttə müraciət edə bilər. Dərhal həmin ünvava yollanacaq çinli və yerli mütəxəssislərdən ibarət peşəkar mobil briqida problemi yerindəcə həll etmək gücünə malikdir" deyə Musa Abdullayev əlavə edib”.
Naxçıvan Avtomobil Zavodunun direktoru onu da bildirib ki, bu günədək avtomobillərdə elə də ciddi problem yaşanmayıb:
"Biz “Bakı-2015” Avropa Oyunları ailəsinin bir üzvü olduğumuza və ölkəmizin tarixindəki ən iri idman yarışına dəstək verə biləcəyimizə görə fəxr edirik. Çalışacağıq ki, ilk Avropa Oyunları müddətində bütün bizim avtomobillərin istifadəçilərinə dünya səviyyəli xidmət göstərək”.
Modern.az