Modern.az

6 iyun tarixli buraxılış imtahanlarının nəticələri elan olundu!

6 iyun tarixli buraxılış imtahanlarının nəticələri elan olundu!

Ölkə

8 İyun 2015, 15:20


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 6-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələri elan olundu.

Modern.az saytı TQDK-ya istinadən xəbər verir ki, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında //eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış ola bilərsiniz.

Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə aşağıdakı məlumatı bir daha çatdırırıq:

Ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.


Yeganə Oqtayqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi