Modern.az

Azay Quliyev Türkiyə bələdiyyələrinin başçıları ilə görüşdü

Azay Quliyev Türkiyə bələdiyyələrinin başçıları ilə görüşdü

Qarabağ

1 Oktyabr 2010, 16:14


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın ofisində bir qrup Türkiyə bələdiyyə başçısı və iş adamları ilə görüşüb.

Şuradan Modern.az saytına verilən məlumata görə A.Quliyev ölkədə vətəndaş cəmiyyəti institutlarının dövlət tərəfindən himayə olunduğunu diqqətə çatdırıb.

QHT-lərin bələdiyyə və digər özünüidarəetmə qurumları ilə əməkdaşlığının vacibliyini bildirən A.Quliyev çoxəsrlik Türkiyə bələdiyyə sisteminin təcrübəsindən də yararlanmağı faydalı saydığını da qeyd edib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama