Modern.az

AKP-nin koalisiya üçün TƏLƏBLƏRİ

AKP-nin koalisiya üçün TƏLƏBLƏRİ

Təhsil

9 İyun 2015, 16:30


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkilərində qalib gəlsə də, təkbaşına iqtidar olmaq üçün tələb olunan səs baryerini aşa bilməyib. Buna görə də koalisiya hökumətinin yaradılması gündəmdədir.

Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə AKP koalisiya qurmaq üçün 3 əsas və prinsipial şərtini açıqlayıb.  

1-ci şərt ondan ibarətdir ki, Fətullah Gülənə bağlı olduğu iddia edilən  “paralel dövlət”ə güzəşt olunmamalıdır.

2-ci isə PKK probleminin həllini nəzərdə tutan  “çözüm prosesi”  ilə bağlıdır. Bildirilir ki, bundan sonra da siyasi yolla həll prosesi davam etdirilməlidir.

3-cü şərtdə isə prezident Rəcəb Tayyib Ərdoğan amili qabardılıb

Qeyd olunur ki, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 52 faiz səs yığaraq leqallıq qazanıb və mübahisə predmeti ola bilməz.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj