Modern.az

ABŞ səfiri Arif Hacılı ilə nələri müzakirə etdi? - TƏFƏRRÜAT

ABŞ səfiri Arif Hacılı ilə nələri müzakirə etdi? - TƏFƏRRÜAT

Təhsil

9 İyun 2015, 16:58

 

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın qərargahında ABŞ-ın Azərbaycandakı səfiri cənab Robert Sekuta ilə görüşüb. 

Bu barədə Modern.az-a Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ probleminin həlli yolları, siyasi məhbuslar, payızda keçirilməsi nəzərdə tutulan Parlament seçkiləri və digər mövzular ətraflı müzakirə edilib.  

Amerika-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.   

Görüşdə ABŞ səfirinin müşaviri Syuzan Çesli, Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı və başqan müavini Səxavət Soltanlı iştirak edib.


Vüsalə Qəzənfərqızı 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj