Ermənistanın hakim Respublika Partiyasından olan deputat Taçat Vardapetyan Suriya ermənilərinin Ermənistana və Dağlıq Qarabağa köçürüləcəyinin anonsunu verib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Suriya-Ermənistan parlamentlərarası dostluq qrupunun iyunun 1-dən 5-dək Suriyaya səfərini şərh edən Vardapetyan suriyalı ermənilərin ölkəyə axının olacağını deyib:“Onların Ermənistanın vilayətlərində və Dağlıq Qarabağda yaşamaları üçün şərait var. Bizim üçün ənənəvi diaspor mərkəzlərindən sayılan Suriyadan mühacirətin olması təəssüfləndirici olsa da, soydaşlarımızın tarixi vətənlərində yerləşdirilməsi üçün hər şeyi etməyə hazırıq”.
2011-ci ilin yazında Suriyada vətəndaş müharibəsi başladıqdan sonra 100 minlik erməni icmasının 12 min üzvü Ermənistana gətirilib.
Onların bir qismi qanunsuz olaraq Azərbaycanın işğal altındakı Laçın, Kəlbəcər və Zəngilan rayonlarına köçürülüblər.
Vüqar İsmayılov