Paytaxtda “Bakı 2015 Birinci Avropa Oyunlarına dəstək” aksiyası keçirilib. Modern.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin 02.04.2015-ci il tarixli 155/a nömrəli əmri ilə təsdiq olunmuş “Bakı 2015 Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm sahələrində təbliğat işinin gücləndirilməsi ilə bağlı” Tədbirlər Planının icrası, habelə fəal tələbələrin potensialının səfərbər olunması və keçiriləcək tədbirə geniş ictimai diqqətinin cəlb etmək məqsədilə bu gün Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbinin tələbələrinin iştirakı ilə idman qaçışı təşkil edilib.
Azərbaycan gəncləri hər zaman olduğu kimi ölkə başçısı İlham Əliyevin dövlət siyasətini dəstəkləyərək “Bakı 2015” Birinci Avropa Oyunlarının respublikamızın tanıdılmasında və beynəlxalq imicinin formalaşmasında, habelə qüdrətimizin dünyaya nümayış olunmasında oynadığı rolunu dərk edərək, sözün əsl mənasında möhtəşəm oyunlarından kənarda durmaq istəmədikləri üçün, onun təbliğində yaxından iştirak etmək arzusunda olduqlarını bildiriblər. “Bakı 2015 Birinci Avropa Oyunlarına dəstək” aksiyası Azərbaycan Turizm və Menecment Universitetində rəsmi açılış mərasimi ilə Bakı Bulvarında davam edilərək Azərbaycan Xalça Muzeyində tamamlanıb.