Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” folklor ansamblı Avropa Oyunları zamanı xüsusi proqramla çıxış edəcək.
İnstitutun direktoru filologiya elmlər doktoru Muxtar İmanovun Modern.az-a verdiyi məlumata görə, qurumun nəzdində olan “İrs” ansamblı Azərbaycan folklorunu əks etdirən mahnı və rəqslərlə çıxış edəcək.
Qeyd edək ki, ansambl respublika əhəmiyyətli bütün rəsmi tədbirlərdə folkloru öz geyim, ifa tərzi və alətləri ilə təmsil edən əsas kollektivdir.
Direktorun dediyinə görə, bu ansamblla bərabər institutun aşıq yaradıcılığı və musiqi folkloru şöbələrinin ayrı-ayrı əməkdaşları da fərdi şəkildə iştirak edəcəklər.
Elmin NURİ