I Avropa Oyunlarının məşəli Qoşa Qala qapısından İçərişəhərə aparılıb.
Modern.az saytı xəbər verir ki, məşəli, aktyor Bəhram Bağırzadə, xalq artisti Faiq Ağayev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, güləş üzrə dünya və Avropa çempionu Həsən Əliyev, veteran atlet Abbas Əzimov,voleybolçu Alla Həsənova, xalq artisti, dirijor Yalçın Adıgözəlov, xalq artisti, musiqiçi Ənvər Sadıqov, xalq artisti, aktrisa Şəfiqə Məmmədova, Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Karpalos və oyunların ulduz elçisi, əməkdar artist müğənni Tünzalə Ağayeva, güləş üzrə Olimpiya çempionu Fərid Mansurov daşıyıb.İyunun 12-də I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi olacaq.
Sevinc Yasinqızı