Modern.az

“Neftçi”, “İnter” və “Qəbələ”nin potensial rəqibləri

“Neftçi”, “İnter” və “Qəbələ”nin potensial rəqibləri

Təhsil

9 İyun 2015, 18:14


2015/2016 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Neftçi”, “İnter” və “Qəbələ” komandalarının potensial rəqibləri bəllidir.

Modern.az saytının məlumatına görə, Azərbaycan klubları turnirə birinci mərhələdən başlayacaq. İyunun 22-də keçiriləcək püşkatmada “Neftçi”, “İnter” güclülər səbətində yer alacaq. Onların qismətinə nisbətən zəif komandalar düşəcək.

Amma potensial rəqiblər arasında Macarıstanın “Ferentsvaroş” klubu kimi tanınan komanda da var. “Neftçi” və “İnter”ə keçmiş SSRİ məkanından “Flora” (Estoniya), “Skonto” (Latviya), “Kayrat” (Qazaxıstan), “Dinamo” (Batumi, Gürcüstan) klublarının və ya Macarıstandan MTK-nın rəqib olması mümkündür.

Zəiflər səbətində yer alan “Qəbələ”nin işi isə daha çətindir. Onu “Vest Hem” (İngiltərə), “Rusenborq” (Norveç), “Hayduk” (Xorvatiya), “Şrvena Zvezda” (Serbiya), “Brondbü” (Danimarka), “Dinamo” (Tbilisi, Gürcüstan), “Aberdin” (Şotlandiya) kimi mümkün rəqiblər gözləyir.

Rəqiblərin tam siyahısına bu linkdə baxmaq mümkündür:

//kassiesa.home.xs4all.nl/bert/uefa/seedel2015.html

Yeganə Oqtayqızı 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj