ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistanın paytaxtı Yerevan şəhərinə gəlib. Modern.az xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik öz Twitter səhifəsində məlumat verib.
“Qarabağda sülhün əldə olunması ilə bağlı bu gün və sabah baş tutacaq görüşləri səbirsiziklə gözləyirəm”.Amerikalı həmsədrin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və prezident Serj Sərkisyanla görüşləri nəzərdə tutulur.
Sonuncu dəfə həmsədrlər fevral ayında regiona səfər etmişdilər.
Modern.az