Modern.az

“Türküstan”da Türkiyə səfirliyinin mətbuat müşaviri ilə görüş

“Türküstan”da Türkiyə səfirliyinin mətbuat müşaviri ilə görüş

Qarabağ

1 Oktyabr 2010, 18:52


Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş mətbuat müşaviri Həbib Kaya Azərbaycan mediası ilə tanışlığı sırasında bu gün “Türküstan” qəzetinin redaksiyasını ziyarət edib.

Görüşdə Türkiyə və Azərbaycan, o cümlədən Türk dünyası mətbuatı arasındakı əlaqələrin vəziyyəti müzakirə olunub. H.Kaya son dövrlər Azərbaycan-Türkiyə, həmçinin Türk dünyasının medıasının bir araya gəlməsi istiqamətində görülən işlərdən danışıb.  Bu poresesdə “Türküstan” qəzetinin hər zamankı kimi öncül rol alacağına ümid etdiyini bildirib.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal  qəzetin fəaliyyət göstərdiyi 5 ildə daha çox Türk dünyasının inteqrasiyasına çalışdıqlarını, bu missiyanı bundan sonra davam etdirəcəklərini qeyd edib.

Görüşdə bu cür təmasların davam etdirilməsi qərara alınıb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama