Modern.az

Suriyadakı müharibədə 230 mindən çox adam ölüb

Suriyadakı müharibədə 230 mindən çox adam ölüb

Təhsil

9 İyun 2015, 22:51


Suriyada 2011-ci ilin mart ayından bu tərəfə davam edən toqquşmalarda 230 mindən çox adam həyatını itirib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Suriya İnsan Haqları Monitorinq Təşkilatı məlumatına görə, Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr, rejim əleyhdarları və dinc əhali olmaqla, çatışmlarda ölənlərin sayı 230 min 618 nəfəri keçib. Məlumatda qeyd edilir ki, müharibədə ölənlərin 7 min 371-i qadın, 11 min 493-ü uşaq olmaqla 70 min mülki vətəndaş həyatını itirib.

Daxili savaş səbəbilə Suriyada geridə qalan 4 il içərisində 49 min 106-sı əsgər, 36 min 464-ü isə Əsədə bağlı qruplardan olmaqla, rejim tərəfdarı 85 min 570 nəfər ölüb. Əsəd əleyhinə qruplardan isə 41 min 116 suriyalı müxalif, 31 min 247 nəfər xaricdən gələnlər olmaq üzrə 72 min 363 nəfər münaqişələrdə həyatını itirib.

Münaqişələrdə bu il içərisində ən çox ölümün may ayında baş verdiyinə diqqət çəkilərkən, qeyd edilir ki, keçən ay 6 min 657 adam ölüb. Açıqlanan rəqəmlərə qaçırıldıqdan sonra özlərindən xəbər alınmayan 20 mindən çox insan daxil deyil.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj