Ermənistanın ictimai xidmətləri tənzimlənməsi üzrə komissiya əhali üçün elektrik enerjisinin qiymətini 6,93 dram artırmaq niyyətindədir. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, komissiya elektrik enerjisinin qiymətini gündüz sərfi üçün 1kVt/saatını 48,78 drama, axşam üçün 37,28 drama qədər qaldırılmasını təklif edir.
Konkret qərarın iyunun 17-də veriləcəyi bildirilir. Əgər bu qərar qəbul edilərsə, Ermənistan elektrik enerjisinin qiyməti avqust ayının 1-dən qaldırılacaq. Beləliklə, ölkədə enerjinin dəyəri 6,93 dram qaldırılmış olacaq.
Modern.az