Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrini bayram edən israillilər prezident Rəcəb Tayyib Ərdoğana təhqir etməyə başlayıblar. Modern.az-ın verdiyi xəbərə görə, israilli bir yazıçı qəzetdəki köşəsində Ərdoğan üçün alçaldıcı fikirlər yazıb.
“Ahronot” qəzetinin müəlliflərindən Dror Ben Yemini qəzetdəki köşəsində Ərdoğan üçün “bu şeytan adam, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan 15 ilə yaxın bir müddətdir ki, daim güclənir” ifadəsini işlədib.
Ərdoğanın getdikcə güclənərək prezidentlik sistemi ilə bağlı məqsədinə çatmaq istədiyini vurğulayan yazarın fikrincə, o hələ də zərər verə bilər: “Çünki o bir pələng və fino itinə qayıtmayacaqdır. Ərdoğan itirdi, amma dərisini dəyişdirməyəcək”.
Modern.az