Modern.az

Bu gün bağlanacaq yollar - SİYAHI

Bu gün bağlanacaq yollar - SİYAHI

10 İyun 2015, 09:42

İyunun 10-da “Bakı 2015” I Avropa Oyunları məşəlinin aparılacağı yerlərlə bağlı bir sıra yollar bağlanacaq.

Modern.az saytı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Bakıda məşəlin aparılacağı yerlərlə bağlı iyunun 10-da bu küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

Şəmsi Bədəlbəyli küçəsi, Səməd Vurğun küçəsi, Bülbül prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Şövkət Ələkbərova küçəsi.

I Avropa Oyunlarının kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar, iyunun 10-u və 14-də Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və Jumeirah Beach Hotel dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər. Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı vaxtlar:

İyun 10-11: 05:00 – 14:00

İyun 13: 08:30 – 18:30

İyun 14: 08:30 – 19:00  

Sevinc YASİNQIZI


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu