Modern.az

NBA ulduzu Bakıda gənc basketbolçularla oynayıb

NBA ulduzu Bakıda gənc basketbolçularla oynayıb

10 İyun 2015, 18:16


İkiqat gümüş medalçı Joze Kalderon basketbol 3x3-ün Olimpiya idman növü olacağına ümid edir.

Modern.az-ın məlumatına görə ikiqat Olimpiya gümüş mükafatçısı olan Joze Kalderon (İspaniya) inanır ki, Bakı 2015-dən sonra basketbol 3x3 idman növünün Olimpiya idman növləri sırasına daxil edilməsi şansı yarana bilər.  

Basketbol 3x3 idman növü ilk Avropa Oyunlarının bir hissəsidir. Bu oyun 2010 və 2014-cü illərdə keçirilmiş Gənclər arasında Olimpiya Oyunlarının ən məşhur basketbol növüdür. Kalderon hesab edir ki, Bakıdakı daha bir uğurlu çıxış bu idman növünün populyarlaşmasına öz müsbət töhfəsini verə bilər.  

“Bu, basketbol 3x3 idman növünün aqibətinin müəyyən edilməsi üçün uğurlu bir cəhddir. Bu idman növünə maraq günbəgün artır. Hər kəs basketbol 3x3 oynayır, hər bir şəhərdə bu oyun üzrə müxtəlif turnirlər keçirilir. Niyə görə də yox? Basketbol 3x3 Olimpiya növləri sırasına daxil edilərsə, onda bu növ üzrə peşəkar idmançıların yetişəcəyini tam əminliklə söyləmək olar",-deyə o bildirib.  

New-York Knicks" klubunun müdafiəçisi bu gün Avropa Oyunları Parkını ziyarət edib, gənc basketbolçularla oynayıb. UNICEF-in Uşaq Xeyriyyə Fondunun xoşməramlı səfiri olan Kalderon məşqçilər üçün təşkil edilən seminarda təhlükəsiz və inklüziv idman mövzusunda çıxış edib.  

Ötən mövsümdə aldığı zədəyə görə yarışlara qatıla bilməyən 10 illik NBA veteranı, İspaniyanın basketbol liqasında keçirilən yarışlarda iştirak etməklə əvvəlki mükəmməl formasını geri qaytarmağa çalışır. O, artıq qaçmağa başlayıb.   

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj