Modern.az

Krım tatarlarının liderinin oğluna 5 il iş verildi

Krım tatarlarının liderinin oğluna 5 il iş verildi

10 İyun 2015, 18:32


Rusiyanın Krasnodar diyar məhkəməsi Krım tatarlarının siyasi lideri və Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilovun oğluna hökm oxuyub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təsadüf nəticəsində insan ölümünə səbəb olan Heysər Cəmilov 5 il müddətinə azadlıqdan məhrum edilib. 2 ildir həbsdə saxlanılan Cəmilov isə günahını etiraf etsə də, cəzasını Rusiyada deyil, Ukraynada çəkmək istədiyini bildirib.

İstintaqın məlumatına görə, 2013-cü ilin mayında Krımın Baxçasaray şəhərində öz evinin qarşısında Heysər Cəmilov qonşusu Fevzi Edemovu tüfəngdən açdığı atəş nəticəsində öldürüb. Heysər Cəmilov hadisəni törədən zaman Krım tatar məclisinin sədri vəzifəsini icra edirdi.

2013-cü ilin martında Krım Rusiyaya ilhaq edildikdən sonra Heysər Cəmilov Rusiya hüquq-mühafizə orqanları tərəfindən gözaltına alınıb.



Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj