Gürcüstanın keçmiş prezidenti, Odessa vilayət administrasiyasının rəhbəri Mixail Saakaşvili Ukrayna siyasətində karyera qazanmaq üçün hazırlaşmır. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bununla belə, o qeyd edib ki, Ukraynada özünü xarici vətəndaş kimi də hiss etmir: “Mən iki Ukrayna inqilabının iştirakçısıyam. Mənim siyasi ambisiyam yoxdur. Mən şəhər merinə namizədliyə hazırlaşmıram və Ukrayna siyasətində uzağa getmək niyyətində deyiləm. Mən nəyə görə, vilaytət administrasiyasının rəhbəri olmağa razılşmışam? İkincisi, mən tam idxal olunmuş məhsul deyiləm. Ona görə ki, həyatımın 8 ilini Ukraynada keçirmişəm”.
Sakkaşvili əlavə edib ki, şəxsiyyət kimi məhz Ukraynada yetişib. O, burada 16 il yaşayıb, sərhəd qoşunlarında xidmət edib, Ukrayna dilində danışa bilir, dostlarının əksəriyyəti ukraynalıdır: “Üçüncüsü, mən Ukrayna prezidentinin məsləhətçisi və islahatlar üzrə beynəlxalq şuranın sədri idim. Mənə baş nazirin müavini olmağı təklif etdilər – böyük şərəfli vəzifə, ancaq düşündüm ki, haradasa, nəyəsə kömək edə bilməsəm, bunu özümə bağışlamayacağam. Bu gözəl ölkəyə yardım etmək üçün mənim vilayət administrasiyasının rəhbəri olmağım da kifayətdir”Onun sözlərinə görə, yaxın zamanda xalqın pulunun hara getdiyini müəyyənləşdirmək üçün bütün sahələrdə auditor yoxlamaları aparılacaq: “Bu bilmək çox vacibdir: kim oğurlayıb, kim kimə nə verib”.
Modern.az