Jurnalistin qan təzyiqi qeyri -stabildir və düzəlmir
“Dövlətə xəyanət”də suçlu bilinərək haqqında həbs-qətimkan tədbiri seçilən jurnalist Rauf Mirqədirovun səhhəti pisləşib. Bu barədə jurnalistin vəkili Elmar Süleymanov bildirib.
Vəkilin sözlərinə görə, bir neçə gündür Rauf Mirqədirovun arterial təzyiqi kəskin yüksəlir. Həkimlərin müdaxiləsi ilə təzyiq normallaşdırılsa da eyni hal qısa zaman sonra yenidən təkrar olunur.
Elmar Süleymanovun sözlərinə görə, həkimlər Rauf Mirqədirovun durumunu orta ağır kimi qiymətləndirir.
İşini dayandıran “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Jurnalist MTN-in istintaq təcridxanasında saxlanır. (Musavat.com)