Keçmiş baş nazir köməkçisi Kamal Dərviş Türkiyə üçün ən yaxşı variantın Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) quracağı böyük koalisiya olacağını deyib. Seçki ərəfəsində CHP sədri Kamal Kılıçdaroğlunun “Hakimiyyətə gəlsəniz nazirlik təklifinə isti baxıram” deyən Dərviş, AKP-CHP koalisiyasında vəzifə alacağını bildirib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Dərviş “Radikal” qəzetinə mümkün koalisiya variantları haqqındakı fikirlərini açıqlayıb:
"Türkiyə üçün ən yaxşı olan, ya da olması lazım olan, böyük koalisiyadır. Almaniya modeli kimi olmalıdır. İki partiya arasında səs faizləri və deputat saylarında fərq olsa da, güc bölgüsünə getməlidirlər, yəni baş nazir müavinləri və nazirliklərin bölgüsündə müəyyən nisbətdə bir bərabərlik olmalıdır. Bunun nəticəsində CHP böyük koalisiyaya kiçik tərəfdaş kimi getməli, amma özünü bərabər tərəfdaş kimi hiss etməli və birgə hərəkət etməlidirlər”.
Türkiyənin tatnınmış siyasi şərhçiləri də düşünürlər ki, həqiqətən, ağır olsa da, amma AKP-CHP böyük koalisiyasının Türkiyənin mühüm problemlərini həll etmə ehtimalı var.
Modern.az