Modern.az

Nazirlik: “Azərbaycanda insanlar daha çox bu üç xəstəlikdən ölürlər”

Nazirlik: “Azərbaycanda insanlar daha çox bu üç xəstəlikdən ölürlər”

Ölkə

11 İyun 2015, 11:13

“Dünya ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəblərini qeyri-infeksion xəstəliklər təşkil edir”. Bu sözləri Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

O qeyd edib ki, son 10 ildə Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə qeyri-infeksion xəstəliklərə daxil olan 4 xəstəlik sinifi üzrə xəstələnmə halları nisbətən artıb:

“Anoloji olaraq, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə yoluxma halları var. Xəsələnmənin strukturunda qan dövranı sistemi (ürək-damar), tənəffüs orqanları, endokrin sistemi (şəkərli diabet), bədxassəli yeni törəmələr (xərçəng şişləri) təşkil edir”.

Liya Bayramova qeyd edib ki, qeyri-infeksion xəstəliklər səbəbindən ölüm strukturunda 1-ci yerdə - qan dövranı sisteminin xəstəlikləri, 2-ci yerdə bədxassəli yeni törəmələr, 3-cü yerdə isə tənəffüs orqanları xəstəlikləridir.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi