Modern.az

Qarabağda erməni əsgər öldü - YENİLƏNİB

Qarabağda erməni əsgər öldü - YENİLƏNİB

11 İyun 2015, 11:59


İyunun 11-də gecə saat 01:30-da Ermənistan ordusunun Dağlıq Qarabağın cənubundakı hərbi hissələrdən birində 20 yaşlı əsgər Edqar Melkonyan ölüb. 
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, erməni əsgərin hansı səbəbdən öldüyü dəqiqləşdirilir. Onun hərbçi yoldaşı tərəfindən güllələndiyi də istina edilmir.

***

Ölən əsgər işğal altında olan Laçın rayonunda yaşayırmış. O, 2 ildir hərbi xidmətdəydi və bir neçə gün sonra ordudan tərxis olunacaqdı. Qondarma rejimin Dağlıq Qarabağdakı “Müdafiə Nazirliyi”ndəki  mənbənin məlumatına görə, 20 yaşlı Edqar Melkonyan özü özünü güllələyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj