Modern.az

Gələn həftə Müsavat Qadınlar Birliyinə yeni sədr seçiləcək

Gələn həftə Müsavat Qadınlar Birliyinə yeni sədr seçiləcək

11 İyun 2015, 12:26

Müsavat Partiyası Qadınlar Birliyinin yeni sədri hələ ki müəyyənləşməyib.

Bunu Modern.az saytına Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı deyib.

O bildirib ki, sədr vəzifəsinə namizədliklərini irəli sürənlər də yoxdur:  “Xüsusi Təşkilat Komitəsi yaranandan sonra partiya xanımlarının konfransı keçiriləcək. Həmin konfransda da Qadınlar Birliyinin sədri seçiləcək. Yəqin ki, gələn həftə bu məsələ həll olunacaq. Hazırda sədrin səlahiyyətlərini heç kim icra etmir. Ellada xanımı əvəz edən elə bir adam yoxdur.

Ümumiyyətlə, müsavatçı xanımlardan kim istəsə sədrliyə iddialı ola bilər. Mənim üçün isə kimin sədr olmasının fərqi yoxdur. Müsavatçı xanımlar kimi itsələr, mən də o şəxsə səs verəcəyəm. Xanımların sədr görmək istədikləri şəxs var. Amma mən öz namizədimi seçməmişəm. Mən həmişə müsavatçı xanımları fədakar və ləyaqətli biri kimi qəbul edirəm. Proses yaxınlaşdığı zaman adlar açıqlanacaq. O zaman mən də öz münasibətimi bildirəcəyəm. Düşünürəm ki, kim sədr olsa, layiqincə vəzifəsini yerinə yetirəcək”.

Sevinc YASİNQIZI

 

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj